...

Bolqarıstan Balkan qovşağı vasitəsilə potensial qaz tədarükçüsünü açıqlayıb

Energetika Materials 29 Sentyabr 2016 14:08 (UTC +04:00)
Bolqarıstan Azərbaycanı "Balkan" qazpaylayıcı şəbəkə vasitəsilə əsas potensial qaz təchizatçısı kimi nəzərdən keçirir.
Bolqarıstan Balkan qovşağı vasitəsilə potensial qaz tədarükçüsünü açıqlayıb

Bakı. Maksim Tsurkov – Trend:

Bolqarıstan Azərbaycanı "Balkan" qazpaylayıcı şəbəkəsi vasitəsilə əsas potensial qaz təchizatçısı kimi nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankov Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyanın iclasında deyib.

Onun sözlərinə görə, tərəflər energetika, eləcə də Azərbaycan qazının Bolqarıstan üzərindən üçüncü ölkələrə tədarükü sahəsində əməkdaşlığın müxtəlif variantlarını nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti