...

İtaliya TAP-ın reallaşdırılmasını gecikdirir

Energetika Materials 5 Oktyabr 2016 16:33 (UTC +04:00)
Transadriatik qaz kəməri (TAP) layihəsinin reallaşdırılması İtaliyanın yerli hakimiyyətlərinin bəzi icazələr verməsinə görə yubana bilər.
İtaliya TAP-ın reallaşdırılmasını gecikdirir

Bakı. Azad Həsənli – Trend:

Transadriatik qaz kəməri (TAP) layihəsinin reallaşdırılması İtaliyanın yerli hakimiyyətinin bəzi icazələr verməsinə görə yubana bilər. Trend-in məlumatına görə, bunu SOCAR-ın I vitse-prezidenti Vitali Bəylərbəyov "EurActiv" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, SOCAR İtaliyada işlərin davam etdirilməsi üçün hələ bütün zəruri icazələri ala bilməyib.

Bununla belə, o qeyd edib ki, SOCAR İtaliya Baş naziri Matteo Rentsi hökumətinin tam dəstəyini alır.

Qeyd edək ki, TAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti