...

Salyan və Ağdaşın kənd sakinləri sevindi - SƏBƏB

Energetika Materials 11 Oktyabr 2016 09:01 (UTC +04:00)
Oktyabrın 10-da Salyan və Ağdaş rayonlarının daha iki kəndinə təbii qazın verilişi bərpa edilib.
Salyan və Ağdaşın kənd sakinləri sevindi - SƏBƏB

Bakı. Trend:

Oktyabrın 10-da Salyan və Ağdaş rayonlarının daha iki kəndinə təbii qazın verilişi bərpa edilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Salyan rayonunda keçirilən mərasimdə bildirilib ki, 233 abonenti olan Bəşirbəyli kəndinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 18310 metrlik polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Ağdaş rayonunun 321 abonentlik Aşağı Ləki kəndinə də yenidən təbii qaz verilib. Qazlaşdırma işləri zamanı 26968 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti