...

Dövlət Neft Fondunun aktivlərində manatla ifadədə pul kütləsinin yaranması müvəqqəti haldır

Energetika Materials 12 Oktyabr 2016 17:55 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivlərində manatla ifadədə pul kütləsinin yaranması müvəqqəti xarakter daşıyır.
Dövlət Neft Fondunun aktivlərində manatla ifadədə pul kütləsinin yaranması müvəqqəti haldır

Bakı. Maksim Tsurkov – Trend:

Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivlərində manatla ifadədə pul kütləsinin yaranması müvəqqəti xarakter daşıyır.

Trend-in məlumatına görə, bunu SOFAZ-ın icraçı direktoru Şahmar Mövsümov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, SOFAZ-ın aktivlərində manatla ifadədə pul kütləsinin yaranması müvəqqəti xarakter daşıyır və fondun təsdiq edilmiş büdcə çərçivəsində apardığı konvertasiya əməliyyatları ilə bağlıdır: "Yaranmış manat kütləsi ilin sonunadək dövlət büdcəsinə köçürüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti