Bakı. Trend:
“Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan 2646 nömrəli quyuda qazma işlərinə başlanılıb. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı-2a Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1380 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.