...

Xorvatiya Prezidenti "Cənub Qaz Dəhlizi"ndən daha əhəmiyyətli tədarüklər gözləyir

Energetika Materials 21 Oktyabr 2016 14:08 (UTC +04:00)
İon-Adriatik boru kəməri (IAP) əla layihədir və onun reallaşdırılması üçün "Cənub Qaz Dəhlizi"ndən daha əhəmiyyətli qaz tədarükləri lazımdır.
Xorvatiya Prezidenti  "Cənub Qaz Dəhlizi"ndən daha əhəmiyyətli tədarüklər gözləyir

Bakı. Ənvər Məmmədov - Trend:

İon-Adriatik boru kəməri (IAP) əla layihədir və onun reallaşdırılması üçün "Cənub Qaz Dəhlizi"ndən daha əhəmiyyətli qaz tədarükləri lazımdır.

Trend-in məlumatına görə, bunu Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç "Caspian Energy"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, təqribən 520 kilometr uzunluğunda olan bu boru kəməri Xorvatiyanın qaz kəməri sistemini (Xorvatiyanın Lika və Dalmatiya regionları) Transadriatik boru kəməri (TAP) ilə birləşdirəcək: “Bu, Split şəhərindən Ploçe limanı istiqamətində və ardınca Monteneqro vasitəsilə İon-Adriatik boru kəmərinin TAP-la birləşəcəyi Albaniyayadək olan xəttin tikintisinin davam etdirilməsi hesabına nail olunacaq. Xorvatiya ilə yanaşı Albaniya, Bosniya və Herseqovina, Monteneqro layihəyə daxil edilib. Qaz kəmərinin nəzərdə tutulmuş marşrutu Albaniya, Monteneqro, Xorvatiya ərazisindən keçəcək, Bosniya və Herseqovina üçün isə xətt tikiləcək”.

Xorvatiya Prezidenti qeyd edib ki, İon-Adriatik boru kəməri vasitəsilə qaz Xəzər regionundan Avropa alıcılarına çatdırılacaq, Krkda üzən Maye Təbii Qaz terminalının tikintisi isə qazın Polşayadək nəqli üçün imkanlar açır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti