...

BP-nin regional prezidenti və Gürcüstanın Baş naziri "Şahdəniz-2" layihəsini müzakirə ediblər

Energetika Materials 24 Oktyabr 2016 20:37 (UTC +04:00)
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qordon Birellə görüşüb.
BP-nin regional prezidenti  və Gürcüstanın Baş naziri "Şahdəniz-2" layihəsini müzakirə ediblər

Bakı. Trend:

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qordon Birellə görüşüb.

Trend "Qruziya-Online"a istinadən xəbər verir ki, bu barədə G.Kvirikaşvilinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər "Cənub" Qaz Dəhlizinin vacib komponentlərindən sayılan "Şahdəniz-2" layihəsinin reallaşması istiqamətində Gürcüstanda işlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıblar. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan layihənin Cənubi Qafqaz ölkələri üçün xüsusi əhəmiyyətindən danışılıb.

Məlumat verilib ki, kəmərin Gürcüstandan keçəcək hissəsinə BP 2 milyard dollar sərmayə qoyacaq və bu boru kəməri Azərbaycandan gələn qazın həcmini daha da artıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti