...

Avropa Komissiyası: "Cənub Qaz Dəhlizi" çox yüksək səviyyədə həyata keçirilir

Energetika Materials 2 Noyabr 2016 15:08 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması prosesi çox yüksək səviyyədə gedir.
Avropa Komissiyası: "Cənub Qaz Dəhlizi" çox yüksək səviyyədə həyata keçirilir

Bakı. Trend:

"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması prosesi çox yüksək səviyyədə gedir.

Trend-in "New Europe" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib.

M.Şevçoviç kəskin rəqabətə baxmayaraq, Xəzər qazının "Cənub Qaz Dəhlizi" ilə Avropaya 2020-ci ilədək çatacağına əmin olduğunu bildirib.

Vitse-prezident layihəyə iri investisiyaların qoyulduğunu vurğulayıb: "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması prosesi çox yüksək, peşəkar səviyyədə gedir və artıq qaz alışı haqqında sazişlər var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti