...

İsrail qazını TANAP vasitəsilə nəql etməyi düşünür

Energetika Materials 6 Noyabr 2016 16:40 (UTC +04:00)
İsrail öz qazının Avropaya Transanadolu boru kəməri (TANAP) vasitəsilə nəql olunması barədə düşünür.
İsrail qazını TANAP vasitəsilə nəql etməyi düşünür

Bakı. Trend:

İsrail öz qazının Avropaya Transanadolu boru kəməri (TANAP) vasitəsilə nəql olunması barədə düşünür. Bu sözləri Trend-ə İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Səfir bu variantın onlar üçün maraqlı olduğunu deyib.

D.Stav xatırladıb ki, ötən ay İsrailin energetika naziri Yuval Ştaynits Ankaraya səfəri zamanı İsrail qazının TANAP vasitəsilə nəql olunması məsələsini türkiyəli həmkarı Bərat Albayrakla müzakirə edib.

Səfirin sözlərinə görə, İsrail TANAP və TAP qaz kəməri layihələrinin reallaşdırılmasını yaxından izləyir.

D.Stav onu da qeyd edib ki, İsraillə Türkiyə arasında münasibətlər yaxşılaşır, Azərbaycanla münasibətlər isə yüksək səviyyədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti