...

XİN: Azərbaycan və İtaliyanın TAP-ın icrası üzrə öhdəlikləri əməkdaşlığı genişləndirir (YENİLƏNİB)

Energetika Materials 7 Noyabr 2016 20:26 (UTC +04:00)
Azərbaycan və İtaliyanın Transadriatik qaz boru kəmərinin (TAP) həyata keçirilməsi üzrə üzərilərinə götürdükləri öhdəliklər ikitərəfli əməkdaşlığı genişləndirir.
XİN: Azərbaycan və İtaliyanın TAP-ın icrası üzrə öhdəlikləri əməkdaşlığı genişləndirir (YENİLƏNİB)

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan və İtaliyanın Transadriatik qaz boru kəmərinin (TAP) həyata keçirilməsi üzrə üzərilərinə götürdükləri öhdəliklər ikitərəfli əməkdaşlığı genişləndirir.

Trend-in məlumatına görə, bunu Bakıda İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni deyib.

P.Centiloni qeyd edib: "Əməkdaşlığımız bir çox sahələri - ticarət, aqrar və energetika sektorlarını əhatə edir. İtaliya Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafına töhfə verə bilər".

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov layihənin reallaşdırılmasının qrafik üzrə getdiyini vurğulayıb: "Bir sıra ləngimələr oldu, lakin ümid edirəm ki, onlar aradan qaldırılacaq".

E.Məmmədyarov əmin olduğunu bildirib ki, tezliklə Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında sazişin imzalanması məsələsinin müzakirəsinə başlanacaq:

"Biz inanırıq ki, bu ay Aİ müvafiq mandatı təsdiq edəcək və strateji əməkdaşlıq üzrə məsələnin müzakirəsinə başlayacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti