...

İki kəndə qaz verilib

Energetika Materials 10 Noyabr 2016 16:58 (UTC +04:00)
Şəki və Göyçayın iki yaşayış məntəqəsinə təbii qaz verilib.
İki kəndə qaz verilib

Bakı. Trend:

Şəki və Göyçayın iki yaşayış məntəqəsinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki bu gün Şəki rayonunun Cumakənd və Göyçay rayonunun Bəydövül kəndlərinə təbii qazın verilişi münasibəti ilə keçirilən tədbirdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, Şəki rayonunun 500 abonenti olan Cumakənd kəndinin ilk dəfə qazlaşdırılması üçün məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Göyçayın 298 abonenti olan Bəydövül kəndinin yenidən qazlaşdırılması üçün də sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti