...

AIIB-in Azərbaycana ayırdığı ilk kreditin təyinatı

Energetika Materials 18 Noyabr 2016 15:29 (UTC +04:00)
Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Direktorlar Şurası 2017-ci ilin mart ayında Transanadolu boru kəməri layihəsinə 600 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır.
AIIB-in Azərbaycana ayırdığı ilk kreditin təyinatı

Bakı. Azad Həsənli - Trend:

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Direktorlar Şurası 2017-ci ilin mart ayında Transanadolu boru kəməri layihəsinə 600 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır. Bu barədə Trend-ə bankdakı mənbə məlumat verib.

Bankdan verilən məlumata görə, bu kredit resursları "Cənub qaz dəhlizi" QSC-yə ayrılacaq.

Qeyd edək ki, TANAP-ın cari dəyəri 9,3 milyard dollardır. TANAP Azərbaycanın "Şahdəniz" yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinədək nəqlini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti