...

"SOCAR" yanacaqdoldurma məntəqəsində yenilik (FOTO)

Energetika Materials 22 Noyabr 2016 16:25 (UTC +04:00)
İlk özünəxidmət avtomobil diaqnostika köşkü fəaliyyətə başlayıb. Diaqnostika üçün xidmət haqqı 10 manat müəyyən edilib.
"SOCAR" yanacaqdoldurma məntəqəsində yenilik (FOTO)

Bakı. Trend:

Azərbaycanın gənc "startap"ı "CarDoctor" "SOCAR PETROLEUM" QSC ilə əməkdaşlıq çərçivəsində yeni inovativ məhsul təqdim edib.

Trend Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, Bakıda yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində “CarDoctor-Selfservice” ilk özünəxidmət avtomobil diaqnostika köşkü fəaliyyətə başlayıb.

İlk köşk Bakı-aeroport yolu istiqamətində yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 02 saylı yanacaqdoldurma məntəqəsində istifadəyə verilib. Gələcəkdə SOCAR-ın digər yanacaqdoldurma məntəqələrində də quraşdırılması planlaşdırılır.

Universal avtodiaqnostika cihazı 400 modeldən çox minik və yük avtomobilləri üçün nəzərdə tutulub. Köşk hazırda nağd pul qəbul edir, lakin gələcəkdə kontaktsız bank kartları və mobil telefonlar üzərindən də ödəniş etmək mümkün olacaq. Eyni zamanda, nəqliyyat vasitələrinin texniki pasportlarının skaneri ilə də təchiz olunacaq bu köşklər vasitəsilə avtomobillərdə ortaya çıxan texniki nasazlıqlar yerindəcə sürücülərə təqdim olunacaq. Belə ki, texniki nasazlıqlar haqqında məlumat dərhal aşkar edilir, silinir və çap olunaraq avtomobil sahibinə çatdırılır. Bununla da avtodiaqnostika terminalı avtomobil sahibinə müstəqil olaraq öz nəqliyyat vasitəsini ilkin müayinə etmək imkanı yaradır.

Diaqnostika üçün xidmət haqqı 10 manat müəyyən edilib. Lakin bu ilin sonuna qədər xidmətlərə 50 faizlik endirim edilib. Bu, ilk dəfə Azərbaycanda tətbiq olunub. Terminal artıq Rusiya, Ukrayna, Gürcüstan, BƏƏ və Almaniyadan olan iş adamlarının marağına səbəb olub.

Avtodiaqnostika terminalının texniki xarakteristikaları, istifadə qaydaları və digər əlavə məlumatları www.cardoctor.az internet səhifəsindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti