...

Azərbaycan da OPEK-in Vyana görüşünə qatılacaq

Energetika Materials 25 Noyabr 2016 14:47 (UTC +04:00)
Natiq Əliyev noyabrın 28-də OPEK-ə üzv ölkələrin və bu quruma daxil olmayan ölkələrin yüksək səviyyəli komitəsinin ikinci iclasında iştirak edəcək.
Azərbaycan da OPEK-in Vyana görüşünə qatılacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanın energetika naziri Natiq Əliyev noyabrın 28-də OPEK-ə üzv ölkələrin və bu quruma daxil olmayan ölkələrin yüksək səviyyəli komitəsinin ikinci iclasında iştirak edəcək.

Bu barədə Trend-ə Energetika Nazirliyindən bildiriblər.

Xatırladaq ki, OPEK sentyabr ayının sonlarında Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşdə neft hasilatının məhdudlaşdırılması barədə razılığa gəlmişdi. Bu barədə yeklun razılaşmanın noyabrın 30-da keçiriləcək OPEK-in rəsmi iclasında əldə olunacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti