...

Yunanıstan SOCAR-dan yenə də xahiş etdi

Energetika Materials 29 Noyabr 2016 11:43 (UTC +04:00)
Yunanıstanın Əmlakın Özəlləşdirilməsi Fondu SOCAR-dan DESFA qaz operatorunun səhmlərinin alınması ilə bağlı zəmanət məktubunun müddətinin bir daha uzadılmasını xahiş edib
Yunanıstan SOCAR-dan yenə də xahiş etdi

Bakı. Maksim Tsurkov - Trend:

Yunanıstanın Əmlakın Özəlləşdirilməsi Fondu (HRADF) Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) DESFA qaz operatorunun səhmlərinin 66 faizinin alınması ilə bağlı tender üzrə zəmanət məktubunun müddətinin dekabrın 23-ə qədər uzadılmasını xahiş edib.

Trend-in Yunanıstan KİV-ə istinadən verdiyi məlumata görə, SOCAR-ın zəmanət məktubunun müddəti noyabrın 30-u başa çatır və öz növbəsində, Azərbaycan şirkəti müddətin uzadılmasından əvvəl Yunanıstan tərəfindən yazılı zəmanət almağa çalışır.

Qeyd edək ki, SOCAR Yunanıstan tərəfinin xahişinə əsasən DESFA-nın səhmlərinin əldə olunması ilə bağlı zəmanət məktubunun müddətini sentyabr və oktyabr aylarında da uzatmışdı. Məlumata əsasən, danışıqlarda əsas maneə əldə olunan səhmlərin ümumi dəyəri məsələsidir.

Xatırladaq ki, SOCAR 2013-cü ildə DESFA-nın səhmlərinin əldə olunması üzrə tenderdə qalib gəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti