...

Ukrayna Azərbaycandan ilk dəfə maye qaz idxal edib

Energetika Materials 1 Dekabr 2016 16:29 (UTC +04:00)
Ukrayna Azərbaycandan 740 ton propan-butan qarışığı idxal edib.
Ukrayna Azərbaycandan ilk dəfə maye qaz idxal edib

Bakı. Trend:

Noyabrın üçüncü ongünlüyündə Ukrayna Azərbaycandan 740 ton propan-butan qarışığı idxal edib.

Bu barədə Trend UPECO konsaltinq şirkətinə istinadən məlumat verir.

Şirkətin məlumatına əsasən, buna qədər Ukraynaya Azərbaycandan maye qaz tədarük olunmamışdı.

Qazın idxalçıları qismində "Nadejda" və "SOCAR Energy Ukraine" şirkətləri çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti