...

NIKOIL | Bank növbəti qanvermə aksiyasını keçirib (FOTO)

Energetika Materials 5 Dekabr 2016 18:18 (UTC +04:00)
Dekabrın 2-si NIKOIL | Bank-ın kollektivi qana ehtiyacı olan uşaqlar üçün növbəti könüllü qanvermə aksiyasını keçirib.
NIKOIL | Bank növbəti qanvermə aksiyasını keçirib (FOTO)

Bakı. Trend:

Dekabrın 2-si NIKOIL | Bank-ın kollektivi qana ehtiyacı olan uşaqlar üçün növbəti könüllü qanvermə aksiyasını keçirib.

BankNIKOIL | Bank-ın Bakı şəhəri filialları və Mərkəzi filialının bütün əməkdaşları Bankın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində keçirilən aksiyada iştirak ediblər.

Artıq 10 ildir NIKOIL | Bank “Fəxri donor” adını ləyaqətlə daşıyır. Bankın sosial korporativ məsuliyyət proqramı çərçivəsində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə mütəmadi olaraq qanvermə aksiyası həyata keçirilir.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:

https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti