...

“Azərenerji”: Hava şəraiti ilə əlaqədar növbətçi briqadaların sayı artırılıb

Energetika Materials 8 Dekabr 2016 19:08 (UTC +04:00)
“Azərenerji” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
“Azərenerji”: Hava şəraiti ilə əlaqədar növbətçi briqadaların sayı artırılıb

Bakı. Trend:

“Azərenerji” ASC hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, enerji sistemi dispetçer qrafikinə uyğun işləyir.

Qeyd olunur ki, hazırda qeyri-sabit hava şəraiti və temepraturun kəskin aşağı düşməsi ilə əlaqədar istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji” ASC-nin sturuktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib:

"Səhmdar Cəmiyyətin Enerjinin istehsalı idarəsi stansiyaların daha da keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrində məsul növbətçilər və qəza-bərpa briqadaları fəaliyyət göstərir. Elektrik enerjisinin ötürülməsi idarəsi tərəfindən bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Bütün regional enerji şəbəkələri müəssisələri günün tələbinə uyğun gücləndirilmiş iş rejiminə keçib. Eyni zamanda növbətçi briqadaların sayı artırılıb və onlar müvafiq nəqliyyat vasitələri ilə təmin olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti