...

Azərbaycan neft hasilatını 35 min barel azaltmağa razılaşıb

Energetika Materials 10 Dekabr 2016 20:43 (UTC +04:00)
OPEK-ə daxil olmayan 12 ölkə Vyanada keçirilən neft hasilatçıları görüşündə gündəlik neft hasilatını 612 min barel azaltmağa razılaşıb
Azərbaycan neft hasilatını 35 min barel azaltmağa razılaşıb

Bakı. Trend:

OPEK-ə daxil olmayan 12 ölkə Vyanada keçirilən neft hasilatçıları görüşündə gündəlik neft hasilatını 612 min barel azaltmağa razılaşıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya gündə 300 min barel neft hasilatını azaltmağa hazırdır. Qalan ölkələr arasında ən çox neft hasilatını azaltmağa razı olanlar isə Meksika ( gündə 100 min barel), Qazaxıstan (gündə 50 min barel) və Oman (gündə 45 min barel) olub.

Azərbaycan və Malayziya gündəlik hər biri 35 min barel, Bəhreyn - 12 min barel, Boliviya - 4 min barel, Bruney - 7 min barel neft hasilatını azaltmağa hazırdır. Bundan əlavə, gələn ildən Qvineya hasilatı 12 min barel, Sudan - 4 min barel və Cənubi Sudan - 8 min barel azalda bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti