...

“Ümid” yatağında yeni yüksək hasilatlı quyu istismara verilib (FOTO)

Energetika Materials 28 Dekabr 2016 16:29 (UTC +04:00)
“Ümid” yatağında yeni yüksək hasilatlı 14 nömrəli qaz-kondensat quyusu istismara verilib.
“Ümid” yatağında yeni yüksək hasilatlı quyu istismara verilib  (FOTO)

Bakı. Trend:

“Ümid” yatağında yeni yüksək hasilatlı 14 nömrəli qaz-kondensat quyusu istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, yatağın qaz-kondensat ehtiyatlarının mənimsənilməsi və şimal-qərb hissəsinin karbohidrogen ehtiyatlarının təsdiq edilməsi məqsədi ilə ötən ilin mart ayından qazılmasına başlanan quyu 6352 metr dərinliyə və Məhsuldar Qatın VII horizontuna çatdırılıb.

6317-6282 metr dərinlik intervalında perforasiya işləri aparılıb və quyu sutkada 600 min kubmetr qaz və 100 ton kondensat hasilatı ilə istismara daxil edilib. Növbəti günlərdə hasilatın mərhələlərlə artırılması və quyunun optimal rejimə çıxarılması planlaşdırılır. Quyudan gündəlik 1 milyon kubmetr qaz və 150 ton kondensat hasilatı gözlənilir. Alınmış müsbət nəticə yatağın şimal-qərb hissəsinin işlənməyə cəlb olunması məqsədilə yeni platformaların quraşdırılmasına və yatağın tammiqyaslı işlənməyə cəlb edilməsi istiqamətində işlərin aparılmasına əsas verir.

Qeyd edək, hazırda “Ümid” yatağında 10 və 12 nömrəli iki quyu ümumilikdə sutkada 750 min kubmetr qaz və 230 ton kondensat hasilat ilə istismardadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti