...

Daha iki kəndə təbii qaz verilib (FOTO)

Energetika Materials 29 Dekabr 2016 15:13 (UTC +04:00)
Goranboy rayonunun daha iki kəndinə təbii qaz verilib
Daha iki kəndə təbii qaz verilib  (FOTO)

Bakı. Trend:

Goranboyun Qaraçinar və Qaramusalı kəndlərinə təbii qaz verilib.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 552 abonenti olan Qaraçinar və 224 abonenti olan Qaramusalı kəndlərinin qazlaşdırılması üçün sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Hazırda Goranboy rayonunun daha 5 kəndində (Sarov, YəhərçiQazaxlar, Yolpaq,Goranlı və Səmədabad kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti