...

Masallının daha bir kəndinə təbii qaz verilib

Energetika Materials 29 Dekabr 2016 18:19 (UTC +04:00)
Bu gün Masallı rayonunun Sığıncaq kəndinə təbii qaz verilib.
Masallının daha bir kəndinə təbii qaz verilib

Bakı. Trend:

Bu gün Masallı rayonunun Sığıncaq kəndinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 477 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Hazırda Masallı rayonunun daha 8 kəndində (II-ci Yeddioymaq, Şıxlar, Qasımlı,Bala Təklə,Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti