...

Neftimiz bahalaşıb

Energetika Materials 6 Yanvar 2017 11:35 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 5-də 56,28 dollar/barel təşkil edib.
Neftimiz bahalaşıb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 5-də 56,28 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,31 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 5-də 55,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,3 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 5-də 51,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 5-də 54,85 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,37 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti