Bakı. Trend:
“Transneft” Bakıdan Azərbaycan neftinin nəqlini bərpa edib.
Trend-in "TASS" agentliyinə istinadən məlumatına görə, bunu jurnalistlərə şirkətin rəsmi nümayəndəsi İqor Dyomin deyib.
Onun sözlərinə görə, “Daqneftprodukt” bu gün işə başlamağa hazır olduğunu bildirib və səhər saat 10:00-dan etibarən Bakıdan neftin nəqli bərpa olunub.
Qeyd edək ki, "Daqnefteprodukt" ASC təmir işləri ilə əlaqədar Azərbaycan neftinin nəqlini dayandırmışdı.