...

Bakının bəzi hissələrində qaz olmayacaq

Energetika Materials 16 Yanvar 2017 17:24 (UTC +04:00)
Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Bakının bəzi hissələrində qaz olmayacaq

Bakı. Trend:

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

SOCAR-dan Trend-ə verilən məlumata görə, sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” (Xaşa-xuna) və “Zeytun” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşaxuna Bağ massivi, Şüvəlan və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti