...

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Energetika Materials 23 Yanvar 2017 22:17 (UTC +04:00)
Azərbaycan 2016-cı ilin yanvar-noyabr aylarında Türkiyəyə 5,89 milyard kubmetr qaz tədarük edib.
Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan 2016-cı ilin yanvar-noyabr aylarında Türkiyəyə 5,89 milyard kubmetr qaz tədarük edib. 2015-ci ilin analoji dövründə bu göstərici 5,57 milyard kubmetr olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Enerji bazarının nizamlanması idarəsinin saytında dərc olunan hesabatda deyilir.

Hesabata əsasən, Türkiyə ötən ilin yanvar-noyabrında 40,78 milyard kubmetr qaz idxal edib. Azərbaycanın bu dövrdə Türkiyənin ümumi idxalında payı 14,43 faiz təşkil edib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan qazı Cənub Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə idxal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti