...

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Energetika Materials 24 Yanvar 2017 15:50 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2364 nömrəli quyu qazmadan sonra istismara verilib.
“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2364 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1645-1637 metr intervaldan sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti