...

Sabah bəzi yaşayış məntəqələrində qaz olmayacaq

Energetika Materials 30 Yanvar 2017 17:07 (UTC +04:00)
Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Sabah bəzi yaşayış məntəqələrində qaz olmayacaq

Bakı. Trend:

Sabah saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Şahağacı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

Təmir işləri aparılan müddətdə Astara rayonunun Kakalos, Siyəkürt, Telman, Pensər və Şahağacı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti