...

Bolqarıstanın energetika naziri: "Cənub qaz dəhlizi" cənub-şərqi Avropa üçün strateji əhəmiyyət daşıyır (ÖZƏL)

Energetika Materials 10 Fevral 2017 09:09 (UTC +04:00)
Azərbaycan qazını Avropaya nəqlini nəzərdə tutan "Cənub qaz dəhlizi" cənub-şərqi Avropanın bütün regionu üçün strateji əhəmiyyət daşıyır
Bolqarıstanın energetika naziri: "Cənub qaz dəhlizi" cənub-şərqi Avropa üçün strateji əhəmiyyət daşıyır (ÖZƏL)

Bakı. Ləman Zeynalova, Maksim Tsurkov - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub qaz dəhlizi" cənub-şərqi Avropanın bütün regionu üçün strateji əhəmiyyət daşıyır. Bunu Trend-ə eksklüziv olaraq Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Nikolay Pavlov deyib.

Nazir bildirib ki, qaz nəqlinin təhlükəsizliyinin təmin olunması Avropa energetika ittifaqının əsas prioritetlərindən biridir: "Bu prioritetli məsələnin reallaşdırılması nəticəsində qaz nəqli mənbələrinin diversifikasiyası təmin ediləcək".

N.Pavlov qeyd edib ki, Bolqarıstan bu layihəni ilk gündən dəstəkləyir.

Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan xüsusilə energetika sahəsində çox gözəl əməkdaşlıq münasibətləri qurublar.

Nazir qeyd edib ki, nümunə kimi Bulgar Gas və SOCAR arasında 2013-ci ildə imzalanmış və gündəlik bir milyard kubmetr qazın satışını nəzərdə tutan müqaviləni göstərmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti