...

Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

Energetika Materials 21 Fevral 2017 11:46 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ildə emissiya ediləcək hər birinin nominal dəyəri 100 manat olan 5 000 000 ədəd qısamüddətli notlarının emissiya prospekti 56S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ildə emissiya ediləcək hər birinin nominal dəyəri 100 manat olan 5 000 000 ədəd qısamüddətli notlarının emissiya prospekti 56S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Bu barədə Trend-ə Palatadan məlumat verilib.

Palata tərəfindən həmçinin, 17 fevral 2017-ci il tarixində AMB-nin hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50200853S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Sözügedən notların tədavül müddəti 35 gündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti