...

Avropa Komissiyasının TAP-a ayıracağı 14 milyon avro hara sərf olunacaq?

Energetika Materials 22 Fevral 2017 11:39 (UTC +04:00)
Avropa Komissiyası Transadriatik qaz kəməri (TAP) layihəsi üçün 14,018 milyon avro ayıracaq.
Avropa Komissiyasının TAP-a ayıracağı 14 milyon avro hara sərf olunacaq?

Bakı. Ləman Zeynalova - Trend:

Avropa Komissiyası Transadriatik qaz kəməri (TAP) layihəsi üçün 14,018 milyon avro ayıracaq. Bu barədə Trend Avropa Komissiyasına istinadən məlumat verir.

Məlumata görə, bu vəsait qaz kəmərinin keçdiyi ərazidə arxeoloji qazıntılar üçün sərf olunacaq.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının üzv ölkələri Avropanın energetika infrastruktur layihələrinə 444 milyon avro investisiya qoymaq barədə razılıq əldə etmişdi. TAP maliyyələşdirilmə üçün seçilən 18 priroitet layihədən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti