...

Azərbaycana mazut idxalı gömrük rüsumundan azad edilir

Energetika Materials 23 Fevral 2017 12:46 (UTC +04:00)
Azərbaycana mazut idxalı gömrük rüsumundan azad edilir.
Azərbaycana mazut idxalı gömrük rüsumundan azad edilir

Bakıl. Azad Həsənli - Trend:

Azərbaycana mazut idxalı gömrük rüsumundan azad edilir.

Trend-in məlumatına görə, müvafiq dəyişiklik Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında edilib.

Dəyişikliyə əsasən Azərbaycanın 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Qərar 2018-ci il yanvarın 1-dək qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti