...

Maroş Şevçoviç: "Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır (YENİLƏNİB)

Energetika Materials 23 Fevral 2017 14:21 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.
Maroş Şevçoviç: "Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır (YENİLƏNİB)

Bakı. Trend:

“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.

Trend-in məlumatına görə, bunu Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclası zamanı Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib.

Onun sözlərinə görə, “Cənub qaz dəhlizi”nin tikintisində irəliləyiş təkcə layihəyə daxil olan ölkələrin gördüyü böyük işlər sayəsində yox, həm də danışıqlar masası arxasında yaradılmış xoş mühit sayəsində əldə olunub.

M.Şevçoviç qeyd edib ki, Avropa Xəzər hövzəsi kimi bir regionla birləşməyə və Azərbaycan kimi tərəfdaşla birgə fəaliyyət imkanına görə bu layihəni yüksək qiymətləndirir.

O deyib: “Mən beynəlxalq maliyyə təşkilatlarını Avropanın müxtəlif qurumlarının bu layihənin maliyyələşdirilməsinə cəlb olunması imkanlarını tədqiq etməyə çağırıram”.

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilir. Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri M.Şevçoviç iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti