...

Nazir dünya neft bazarlarındakı vəziyyətin "Cənub Qaz Dəhlizi"nə təsirindən danışdı (FOTO) (YENİLƏNİB)

Energetika Materials 23 Fevral 2017 17:09 (UTC +04:00)
Bütün maliyyə institutları "Cənub Qaz Dəhlizi" layihəsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.
Nazir dünya neft bazarlarındakı vəziyyətin "Cənub Qaz Dəhlizi"nə təsirindən danışdı (FOTO) (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirak edən bütün maliyyə institutları bu layihəyə sadiq olduqlarını bir daha təsdiq etdilər.

Trend-in məlumatına görə, bunu iclasın yekunu üzrə keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Nazir bildirib ki, "Cənub Qaz Dəhlizi"nin ümumi dəyəri sonda 40 milyard dolları keçməyəcək:

"Maliyyələşdirmə ilə bağlı problem yoxdur. Əgər əvvəl layihənin dəyərinin 45 milyard dollar olduğu bəyan edilmişdisə, bu gün dünya neft bazarlarındakı vəziyyətlə əlaqədar bu rəqəm 40 milyard dolları ötməyəcək".

N.Əliyev qeyd edib ki, "Cənub Qaz Dəhlizi"nə qoşulan ölkələrin sayı arta bilər:

"2019-cu ilin sonunda Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) hazır olacaq. Bolqarıstan və Rumıniya artıq öz qaz şəbəkələrini birləşdiriblər. Monteneqro, Albaniya, Bosniya və Herseqovina və Xorvaitya İon-Adriatik boru kəməri layihəsi üzrə fəal işləyirlər. Bütün bunlar Azərbaycan qazı üçün böyük perspektivlər yaradır".

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti