...

"Petkim"in baş direktoru: TANAP-ın tikintisi 70 faiz yekunlaşıb

Energetika Materials 24 Mart 2017 15:36 (UTC +04:00)
Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin 70 faizi başa çatıb.
"Petkim"in baş direktoru: TANAP-ın tikintisi 70 faiz yekunlaşıb

Bakı. Orxan Quluzadə - Trend:

Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin 70 faizi başa çatıb.

Trend-in məlumatına görə, bunu "Petkim Petrokimya Holding. A.Ş"nin baş direktoru Anar Məmmədov deyib.

Onun sözlərinə görə, TANAP Türkiyənin qaza olan tələbatının bir hissəsini təmin edəcək:

"Bu layihə vasitəsilə 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya ilk qazın çatdırılması planlaşdırılır. Tikintidə heç bir ləngimə yoxdur".

Qeyd edək ki, TANAP layihəsinin ilkin buraxılış gücü ildə 16 milyard kubmetr qaz təşkil edəcək. Onlardan 6 milyard kubmetri Türkiyəyə, qalan hissəsi Avropaya tədarük olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti