...

SOCAR martdakı qazma işlərinin həcmini açıqladı

Energetika Materials 4 Aprel 2017 15:42 (UTC +04:00)
Mart ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 17029 metr qazma işi həyata keçirilib.
SOCAR martdakı qazma işlərinin həcmini açıqladı

Bakı. Trend:

Mart ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 17029 metr qazma işi həyata keçirilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 14825 metri istismara, 2204 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 35613 metr qazma işi görülüb ki, bunun da 33409 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Bu ilin mart ayında qazmadan alınmış 4, il ərzində isə 17 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti