...

Bu il 18 yaşayış məntəqəsinə qaz verilib

Energetika Materials 6 Aprel 2017 15:15 (UTC +04:00)
Bu ilin ilk 3 ayı ərzində “Azəriqaz” İB tərəfindən 18 yaşayış məntəqəsinə təbii qaz verilib.
Bu il 18 yaşayış məntəqəsinə qaz verilib

Bakı. Trend:

Bu ilin ilk 3 ayı ərzində “Azəriqaz” İB tərəfindən 18 yaşayış məntəqəsinə təbii qaz verilib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində 852,9 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 46,2 km qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində 18 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti