...

422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb

Energetika Materials 11 Aprel 2017 16:04 (UTC +04:00)
Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 036 014-ə çatıb.
422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb

Bakı. Trend:

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində bu ilin yanvar -mart ayları ərzində İB-də əhali sektoru üzrə 27 554 yeni abonent qeydiyyata alınıb ki, bunun da 12 570-i Bakı, Abşeron və Sumqayıt, 14 984-i isə regionlar üzrədir.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 036 014-ə çatıb.

Aprelin 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti