...

Malena Mard: Enerji forumu fikir mübadiləsi üçün yaxşı platformadır

Energetika Materials 12 Aprel 2017 12:32 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycanda enerji sahəsində keçirilən tədbirlərdə maraqlıdır.
Malena Mard: Enerji forumu fikir mübadiləsi üçün yaxşı platformadır

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanda enerji sahəsində keçirilən tədbirlərdə maraqlıdır.

Bunu Trend-ə IV beynəlxalq “Caspian Energy” forumunda iştirak edən Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Malena Mard deyib.

O qeyd edib ki, bu forum enerji sahəsində fikir mübadiləsi üçün yaxşı platforma yaradır:

“Energetika, nəqliyyat və ətraf mühit üzrə Azərbaycan-Aİ alt komitəsinin iclası zamanı biz azərbaycanlı həmkarlarımızla enerji sahəsi üzrə danışıqlar aparmaq və bu sahədə əməkdaşlığımızın genişləndirilməsi perspektivlərini müzakirə etmək imkanı əldə etdik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti