...

Dünyada neftin qiymətinin dəyişməsi fonunda bizim neftin QİYMƏTİ?

Energetika Materials 14 Aprel 2017 21:47 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 13-də 56,44 dollar/barel təşkil edib.
Dünyada neftin qiymətinin dəyişməsi fonunda bizim neftin QİYMƏTİ?

Bakı. Ənvər Məmmədov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 13-də 56,44 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,19 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 13-də 55,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 13-də 52,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 13-də 54,94 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti