...

Sumqayıtda bu zavodun tikintisinə 32 milyon dollar lazımdır

Energetika Materials 14 Aprel 2017 20:39 (UTC +04:00)
“SOCAR Polymer” layihəsi çərçivəsində Sumqayıtda polipropilen plyonka istehsalı zavodunun tikintisi 32 milyon dollar həcmində qiymətləndirilir.
Sumqayıtda bu zavodun tikintisinə 32 milyon dollar lazımdır

Bakı. Maksim Tsurkov - Trend:

“SOCAR Polymer” layihəsi çərçivəsində Sumqayıtda polipropilen plyonka istehsalı zavodunun tikintisi 32 milyon dollar həcmində qiymətləndirilir.

Trend-in məlumatına görə, bunu “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov deyib.

Qeyd edək ki, “SOCAR Polymer”in ümümi dəyəri 750 milyon dollar təşkil edir. Layihə Sumqayıt Kimya Sənaye Parkında icra olunur.

İlk mərhələdə zavodun istehsalat gücü 120 min ton polietilen və 184 min ton polipropilen təşkil edəcək.

Qeyd edək ki, bu məhsullar həm tibb, həm yüngül sənaye, həm də plastmas istifadə olunan digər sahələrdə işlədiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti