...

Daha üç yaşayış məntəqəsinə qaz verilib (FOTO)

Energetika Materials 14 Aprel 2017 16:46 (UTC +04:00)
Bu gün Saatlı rayonunun Sarıcalar və Qara Nuru, həmçinin Şəki rayonunun Baş Layısqı kəndlərinə təbii qaz verilib.
Daha üç yaşayış məntəqəsinə qaz verilib (FOTO)

Bakı. Trend:

Bu gün Saatlı rayonunun Sarıcalar və Qara Nuru, həmçinin Şəki rayonunun Baş Layısqı kəndlərinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, kəndlərin qazlaşdırılması üçün sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Hazırda Şəki rayonunun Şəki kənd,Kiçik Dəhnə və Baş Göynük kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti