...

Mart ayında “Azneft” üzrə 57 quyu təmirdən sonra istismara verilib

Energetika Materials 14 Aprel 2017 17:12 (UTC +04:00)
Bu ilin mart ayında “Azneft” İstehsalat Birliyi üzrə quyularda 90 əsaslı və 1567 cari təmir işi aparılıb, proqnozlara müvafiq olaraq 103,4% və 106,8% əməl olunub, 57 quyu istismara daxil edilib.
Mart ayında “Azneft” üzrə 57 quyu təmirdən sonra istismara verilib

Bakı. Trend:

Bu ilin mart ayında “Azneft” İstehsalat Birliyi üzrə quyularda 90 əsaslı və 1567 cari təmir işi aparılıb, proqnozlara müvafiq olaraq 103,4% və 106,8% əməl olunub, 57 quyu istismara daxil edilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, həmin quyulardan ümumilikdə 21433,4 ton neft, 15 milyon kubmetrdən artıq qaz hasil edilib.

Ötən ay “28 May” NQÇİ üzrə 6 quyu əsaslı təmir edilərək istismara verilmiş, əlavə olaraq 12892 ton neft, 11,191 milyon kubmetr qaz və 607 ton kondensat hasil edilib. “Neft Daşları” NQÇİ-də əsaslı təmir olunmuş 16 quyudan 7-si istismara qaytarılıb, onlardan 5109 ton neft hasil edilib. Ümumiyyətlə, N.Nərimanov, H.Z.Tağıyev, Ə.C.Əmirov, “Abşeronneft”, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarələri, həmçinin “Qaz Anbarlarının İstismarı” İdarəsi üzrə 45 quyu əsaslı təmir olunub, əlavə 3432,4 ton neft çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti