...

SOCAR dənizdə məhsuldar quyu istismara verib

Energetika Materials 20 Aprel 2017 17:05 (UTC +04:00)
“Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülündən 317 nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR dənizdə məhsuldar quyu istismara verib

Bakı. Trend:

“Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülündən 317 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-a istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verub, 2763-2733 metr intervaldan sutkalıq 120 ton neft və 10 000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti