...

Külək cənubda elektrik xətlərini dolaşdırdı, qərbdə kənar əşyaları xətlərə çırpdı

Energetika Materials 24 Aprel 2017 10:42 (UTC +04:00)
Aprelin 23-dən ölkə ərazisində baş verən güclü külək nəticəsində elektrik enerjisi təsərrüfatında yaranan bəzi problemlər aradan qaldırılır.
Külək cənubda elektrik xətlərini dolaşdırdı, qərbdə kənar əşyaları xətlərə çırpdı

Bakı. Samir Əli - Trend:

Aprelin 23-dən ölkə ərazisində baş verən güclü külək nəticəsində elektrik enerjisi təsərrüfatında yaranan bəzi problemlər aradan qaldırılır. Bu barədə Trend-ə açıqlamasaında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, güclü külək nəticəsində bölgələrdə yaranmış problem dərhal aradan qaldırılır: "Aprelin 23-də axşam saatlarında cənub bölgəsində güclü külək elektrik xətlərinin dolaşmasına səbəb olub və bəzi yerlərdə xətlərdə açılmalar yaranıb. "Azərişıq" ASC-nin məkdaşları və canlı qüvvəsi həmin əraziləri nəzarətə götürərək dərhal problemi aradan qaldırıb".

T.Mustafayev bildirib ki, külək həmçinin, ölkənin qərb və aran bölgələrində də problemlər yaradıb: "Əslində, xətlərdə problem yoxdur. Küləyin təsirindən kənar əşyaların xətlərə dəyməsi nəticəsində belə problemlər yaranır. Məsələn, evlərin, obyeklərin dam örtüklərində küləyin təsirindən qopmalar olur və xətlərə dəyir, ağaclar qırılır, xətlərin üzərinə düşür və bu cür problemlər yaranır. Bu problemlər də dərhal aradan qaldırılır".

Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı isə Trend-ə açıqlamasında bildirib ki, rayonun ucqar kəndlərinə verilən elektrik enerjisində təhlükəsizlik məqsədilə qısamüddətli fasilə yaranıb: "Rayonun Qızılavar, Bədəlan, Kolatan, Türkoba kəndləri ucqar kəndlərdir və burda külək daha güclüdür. Ona görə də həmin kəndlərə səhər saatlarında təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilişi dayandırılmışdı. Amma hazırda həmin kəndlər də fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Hazırda "Azərışıq" ASC-nin əməkdaşları rayon ərazisindəki elektrik xətlərini nəzarətə götürüb, yaranan istənilən problem dərhal aradan qaldırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti