...

Azərbaycanda 2025-ci ilədək kommersiya qazının hasilat həcmi açıqlanıb

Energetika Materials 26 Aprel 2017 12:16 (UTC +04:00)
2025-ci ilədək Azərbaycanda kommersiya qazının hasilatı ildə 40 milyard kubmetrə çatacaq
Azərbaycanda 2025-ci ilədək kommersiya qazının hasilat həcmi açıqlanıb

Bakı. Ləman Zeynalova - Trend:

2025-ci ilədək Azərbaycanda kommersiya qazının hasilatı ildə 40 milyard kubmetrə çatacaq.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən II “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya” beynəlxalq forumunda SOCAR-ın qaz ixracatı şöbəsinin rəisinin birinci müavini Nazim Səmədzadə deyib.

Onun sözlərinə görə, SOCAR-dan Gürcüstana tədarük olunan qazın illik həcmi 1,2 milyard kubmetr təşkil edir.

O qeyd edib ki, Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2,5 trilyon kubmetr həcmində dəyərləndirilir:

“Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağından hər il Gürcüstana 800 milyon kubmetr, Türkiyəyə 6,6 milyard kubmetr qaz tədarük olunur. 1,5 milyard kubmetr qaz ölkənin daxili istehlakının təminatına yönəldilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti