...

Rumıniyada “SOCAR” brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi istifadəyə verib (FOTO)

Energetika Materials 19 May 2017 18:42 (UTC +04:00)
Buxarestin mərkəzində “SOCAR” brendi ilə sayca 2-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
Rumıniyada “SOCAR” brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi istifadəyə verib (FOTO)

Bakı. Trend:

Buxarestin mərkəzində “SOCAR” brendi ilə sayca 2-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Trend SOCAR-a istinadən xəbər verir ki, burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə quraşdırılmış 2 sayğac 4 avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin olunmasına imkan verir. YDM-də elektromobillərin elektrik enerjisi ilə təchizatı üçün də şərait yaradılıb. Müştərilərə maşınyuma xidməti də təklif olunur. “Roviniete” (yol vergisi) də daxil olmaqla bir sıra ödənişlərin edilməsi üçün xüsusi avadanlıqlar quraşdırılmış, 24 saat pulsuz internet xidməti təmin olunub.

Qeyd edək ki, yeni istifadəyə verilən yanacaqdoldurma məntəqəsi ilə Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 36-ya çatmışdır. SOCAR Rumıniyanın artıq 17 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş və Buxarestdə yanacaqdoldurma məntəqələrinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti