...

Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib (FOTO)

Energetika Materials 25 May 2017 15:49 (UTC +04:00)
Ağcabədi rayonunun daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib.
Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib (FOTO)

Bakı. Trend:

Ağcabədi rayonunun Qiyaməddinli kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hazırda Ağcabədi rayonunun Qaravəlli kəndində də tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatdırılaraq, yaşayış məntəqəsinə təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti