...

Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib (FOTO)

Energetika Materials 30 May 2017 16:15 (UTC +04:00)
Ağstafa rayonunun daha bir yaşayış məntəqəsinə təbii qaz verilib.
Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib (FOTO)

Bakı. Trend:

Ağstafa rayonunun daha bir yaşayış məntəqəsinə təbii qaz verilib.

“Azəriqaz”İB-dən Trend-ə verilən məlumata görə, münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 521 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 616 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 50 356 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 521 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Ağstafa rayonunun daha 3 kəndində (Sadıqlı,Böyük Kəsik və Ağgöl kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti