...

“Qərbi Abşeron” yatağı üçün yeni platforma tikilib

Energetika Materials 30 May 2017 17:51 (UTC +04:00)
54 saylı stasionar dəniz platformasının tikintisi başa çatdırılıb.
“Qərbi Abşeron” yatağı üçün yeni platforma tikilib

Bakı. Trend:

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağında ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında yeni 54 saylı stasionar dəniz platformasının tikintisini başa çatdırıb.

Trend SOCAR-a istinadən xəbər verir ki, 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan platformanın ümumi sahəsi 3480 kvadrat metr, çəkisi isə 2110 tondur. İstehsalat və yaşayış sahələrindən ibarət platforma 9 dayaq bloku üzərində yığılıb, ətraf mühitin və əməyin mühafizəsi üzrə bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib. 4 minik və 7 yanalma meydançası, kabel xidmət meydançası, yaşayış bloku, 9 aralıq seksiyası, 2 piyada körpüsü, eləcə də çirkab suları üçün 9 müxtəlif tutumlu çən, 4 lafet doru, 2 boruyığma meydançası və digər zəruri avadanlıqlar quraşdırılıb, svaylar vurularaq sementlənib. Qaynaq və bərkitmə işləri başa çatdırılıb, platforma yanğınsöndürmə sistemi, yanacaq, içməli və texniki su xətləri ilə təchiz edilib.

Qeyd edək ki, dənizin 13,5 metr dərinliyində yerləşən platformada qazılacaq quyuların hər birindən sutkada 10-20 ton neft hasil ediləcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti